ERGENEKON OPERASYONUNA AZERİ TEPKİSİ!..

••6 dk okuma
ERGENEKON OPERASYONUNA AZERİ TEPKİSİ!..

Hızlı Özet

“Ergenekon Operasyonu kapsamında tutuklanan emekli paşa Veli Küçük ve diğer kişiler hakkında Azerbaycan'da bir imza kampanyası başlatıldı.Bu kişilerin vatansever oldukları vurgulanan açıklamada, Veli Küçük, Sevgi Erenerol ve Kemal Kerinçsiz'in serbest bırakılması istendi.”

 HABERVİTRİNİ/ÖZEL


Azerbaycan’da ise 49 sivil toplum kuruluşu, Bağımsız Türk Ortodoks Patrikhanesi’ne yapılan baskı, arama ve diğer suçlamalara ilişkin ortak basın toplantısı yaptı. Azerbaycan’da “Veli Küçük Paşa, Kemal Kerinçsiz ve Sevgi Erenol suçsuzdur!” başlığı ile hazırlanan bildiri yapılan basın toplantısı sonrası Türkiye Cumhuriyeti Devletinin ilgililerine yollandı. Bildiri de, Sevgi Erenerol, Kemal Kerinçsiz ve Veli Küçük’ün gözaltına alınarak tutuklanmasında, Fener Rum Kilisesi ile Yunan Başbakanın Türkiye’ye yaptığı ziyarete dikkat çekildi.


İşte Habervitrini'ne gönderilen Azerice o açıklamanın tam metni.....


Azərbaycanın tanınmış Qeyri Hökümət Təşkilatları və görkəmli ziyalıları adından Türkiyənin hüquq-mühafizə orqanlarına və ictimaiyyətinə müraciət



Bu gün Azəri Türk Qadınlar Birliyi və Azərbaycan Ağsaqqallar Birliyi birlikdə Türkiyədə milliyyətçi insanların həbsi ilə bağlı mətbuat konfransı keçirdilər. Tədbir təşkilatçılarının ümumi fikri bu oldu ki, hazırda həbsdə olan Vəli Küçük Paşa, Böyük Hüquqşünaslar Birliyinin başkanı Kamal Kerincsiz və Türk Ortodoks Patrikxanasının mətbuat katibi Sevgi Erenerolun tək suçu vətənini, millətini və dövlətini sevən Türk olmalarıdır.

Tədbirin sonunda dəyirmi masa iştirakçıları adından Türkiyənin hüquq-mühafizə orqanlarına və ictimaiyyətinə müraciət ünvanlandı. Müraciəti olduğu kimi təqdim edirik:




Vətənpərvərlər, milliyyətçilər tarix boyu məşəqqətlə üzləşiblər. Vətən xainlərinin mükafatlandırıldığı dönəmlərdə vətənpərvərlərin «mükafatı» ya edam kürsüsü, ya da dəmir barmaqlıqlar olub. İstər Hüseyin Nihal Atsızın, istər Başbuğ Alparslan Türkeşin keçməkeşli həyatı milliyyətçiliyin, vətənsevərliyin mükafatının nə olduğunun bariz nümunəsidir.



Bu gün də canımız qədər sevdiyimiz Türkiyədə gerçək milliyyətçilərə münasibət dəyişməyib. Həyatını Türklük davasına həsr edən, hər zaman Türkün düşmənlərinə qarşı cəsarətli mücadilə verən insanlar bu gün də əsilsiz iddialarla mühakimə olunmaqdadırlar. Azərbaycanın da milli davasını, ermənilərin haqsız hücumlarına məruz qalmasına etiraz edən, dünyada Türk Dünyasının təbliğatçısı olan, Qarabağ gerçəklərini beynəlxalq aləmdə təbliğ edən Vəli Küçük Paşa, Türkiyə Hüquqşünaslar Birliyi başqanı Kamal Kerincsiz, Türk Ortodoks Patrikxanasının mətbuat katibi Sevgi Erenerolun və digərlərinin əsilsiz iddialarla gözaltına alınması vətənpərvərlərə qarşı xain hücumların davam etdiyini göstərir.



Onların Sevgi Erenerolun qadın olmasını belə nəzərə almamaları, haqsız suçlamalarla təzyiqlərə məruz qalması bizi çox təəssüfləndirdi. Canımızdan artıq sevdiyimiz Türkiyənin mövcud hakimiyyətinin Sevgi Erenerol kimi həyatını bu torpaqların qorunmasına həsr edən və bu yolda hətta öz dindaşlarını belə qarşısına almaqdan çəkinməyən xanımı həbs etməsi hər bir Türkiyə sevdalısı tərəfindən narazılıqla qarşılanmışdır. Sevgi Erenerolun və digər vətənsevərlərin əsilsiz və yalan iddialarla həbs olunması Türkiyədə demokratik təsisatların çöküşünün göstəricisidir. Bu Böyük Atatürkün qurduğu Cümhuriyyətə qarşı başladılmış xain hərəkatın göstəricisidir. “Hamimiz erməniyik! Hamımız Hrantıq!” deyənlərə qarşı mülayim münasibət sərgiləyən Türkiyə mediasının “Hamımız Türkük! Hamımız Atatürkçüyük!” deyən vətənpərvərləri məhkəmənin qərarı olmadan terrorçu və cinayətkar elan etməsi Türk Dünyasına qarşı məkrli oyundan xəbər verir. Biz həbs olunanların əsil suçlarının Türkiyəni sevmək olduğunu gözəl bilirik.



Biz istər Vəli Küçük Paşanın, istər Kamal Kerincsizin, istər də Sevgi Erenerolun başlıca “suç”larından birinin Qarabağ məsələsini Türkiyədə gündəmdə saxlamaq, Azərbaycan Türklərinə qarşı erməni daşnakları tərəfindən həyata keçirilən soyqırımları Türk və Dünya mediasının diqqətinə çatdırmaq olduğunu gözəl bilirik. 2007-ci ilin dekabr ayında İstanbulda keçirilən konfransda Türkiyənin 210 qeyri hökümət təşkilatının razılığı ilə Türkiyədə “2008-ci il Qarabağ ili” elan olunmasında Türkiyə Böyük Hüquqşünaslar Birliyinin başqanl Kamal Kerincsizin və Türk Ortodoks Patrikxanasının mətbuat katibi Sevgi Erenerolun misilsiz xidmətinin olması da onların əsas “suç”larındandır. 2008-ci il ərzində Qarabağ problemi və erməni vəhşilikləri ilə bağlı keçiriləcək konfransları əngəlləmək, Azərbaycan həqiqətlərinin Türkiyədə duyulmasını istəməyənlər Azərbaycanın dostlarını saxta ittihamlarla qanunsuz şəkildə həbs etdirdilər.



Sevgi Erenerolun həbs olunmasının başqa bir önəmli səbəbi də var. Böyük Atatürkün xeyir-duası ilə yaradılan Türk Ortodoks Patrikxanası Türkiyə Cümhüriyyəti yaranandan bəri xaçlı irticanın, hər zaman siyasi məqsədlər güdən və Türkiyədəki əsas xəyanət yuvalarından biri halına gələn Fənər Rum Patrikxanasının qarşısındakı tək əngəl idi. Hələ 90 il öncə Sevgi Erenerolun babasını, Atatürkün yaxın dostu Papa Eftimi həbs etdirmək istəyən Fənər Rum Patrikxanası istəyinə çata bilməmişdi. Ancaq bu gün Papa Eftimin nəvəsi Sevgi Erenerol hər zaman xarici qüvvələrin yanında, Türkiyənin qarşısında yer alan Fənər Rum Patrikxanasının istəyi ilə həbs olunub. Bu təkcə Türk Ortodoks Patrikxanasının mətbuat katibinin həbsi deyil. Həm də Fənər Rum Patrikxanasının müstəqilliyini əngəlləyən Lozan müqaviləsinin ayaqlar altına alınmasıdır. Daim suverenlik istəyən və hər zaman türk düşmənlərinə dəstək verən və bir dəfə də olsun, “Erməni soyqırımı olmayıb” deməyən Fənər Rum Patrikxanası hər zaman oyunlarını pozan Türk Ortodoks Patrikxanasını yıxmaq, yəni Böyük Atatürkün mirası olan son qalanı dağıtmaq üçün Sevgi Erenerolun həbsində maraqlıdır. 49 il sonra Türkiyəyə gələn və Fənər Rum Patrikxanasını ziyarət edən yunan baş nazirin bu səfəri ilə Böyük Atatürkün şərəfli davamçılarının həbs olunması tarixinin eyni olması yəqin ki, təsadüf deyil. Hədəf Lozan anlaşmasının pozulması və Fənər Rum Patrikxanasının suverenliyə qovuşmasıdır. Bunun üçün də həyatını Böyük Atatürkün mirasını qorumağa həsr edən, Türkiyədə ruhban məktəblərinin açılmasının qarşısındakı ən böyük əngəl sayılan Sevgi Erenerol saxta ittihamlarla həbs etdirildi.



Ancaq biz Türkiyənin bir hüquq dövləti olduğuna inanırıq. Əminik ki, Türkiyə məhkəməsində ədalət zəfər çalacaq və şəriətçi-təkkəçi zehniyyətə sahib olan bir hüquq-mühafizə orqanının etdiyi yanlışlıqları Türk məhkəməsi təkrarlamayacaq.



Biz qardaş Türkiyənin rəhbərliyini Azərbaycanın milliyyətçi dostlarına qarşı yanlış addımların təkrarlamamağa çağırırıq.



Biz həbs olunan vətənpərvərlərin Türk Dünyasındakı nüfuzunun göz önünə alınaraq, onların barəsində məhkəmə qərarı olmadan yayılan yalan və böhtan dolu xəbərlərin, həbs olunan insanlara qarşı media terrorunun dayandırılmasını istəyirik.



Əminik ki, Türkiyə bu eyibi tezliklə aradan qaldıracaq və tək “suç”u vətənini və millətini səmimi şəkildə sevən Türk olmaq olan Vəli Küçük Paşa, Sevgi Erenerol və Kamal Kerincsiz azadlığa çıxacaq.



İmza:



Tənzilə Rüstəmxanlı- Azəri Türk Qadınlar Birliyinin sədri

Almurad ağa Əliyev – Azərbaycan Ağsaqqallar Birliyinin sədri, Milli Azadlıq Hərakatının lideri Əbülfəz Elçibəyin qardaşı

Səbri Təbrizi - Dünya Azərbaycanlıları Konqressinin sədri

İsgəndər Həmidov – Milli Demokrat (Bozqurd) Partiyasının sədri

Qabil Hüseynli – Müsavat Partiyası

Hacı Zakir Quliyev- “Azərbaycan” Kəndlər Birliyi

Cahandar Bayoğlu - Güney Azərbaycan Milli Hərəkatı Müdafiə Komitəsi

Fərəc Ulusoy- Milli Dirçəliş Hərəkatı

Gültəkin Məmmədbəyli – “Türk” Cəmiyyəti

Vüqar Bəyturan- “Bizim Azərbaycan” Blokunun sədri

Novella Cəfəroğlu- Dilarə Aliyeva adına QHMC

Ruhəngiz Hüseynli- Dilarə Aliyeva adına QHMC

Aqil Ələsgər – “Yeni Cağ” qəzeti, Azərbaycan Dinşünaslar Birliyi

Ofeliya Nəzərli – “Ümid İşığı” Xeyriyyə Mərkəzi

Qafar Çaxmaqlı – “Ermənişünasliq” Araşdırmalar Mərkəzi

Ceyhun Bayramlı- “Oğuz” Birliyi

Xurşid İsayev – elm xadimi

Əvəz Zeynallı- “Xural” qəzeti

Mehriban Abdullayeva- Hüquqşünas Qadınlar Birliyi

Zümrüd Rzazadə- “Xocali soyqırımını Tanıtma” İctimai Birliyi

Elşad Qocayev - “Xocali soyqırımını Tanıtma” İctimai Birliyi

Cavanşir Rzazadə - Dünya Azərbaycanlıları Konqressi

Əlikram Müzəffər - “Milli Birlik” qəzeti

Elza İsmayılova - Dünya Azərbaycanlıları Konqressi

Gültəkin Məmmədbəyli – “Türk” Cəmiyyəti

Rəşad Vaqifoğlu- “Xural” qəzeti

Zeynəb Göyçəli – “Göyçə gölü” Qadınlar Cəmiyyəti

Ayturan Əliyev- AAB

Hürrü Əliyev- Xalq Cümhuriyyəti Partiyası

Həsən Qasımov- Xalq Cümhuriyyəti Partiyası

Əlirza Amanbeyli- Dünya Azərbaycanlıları Konqressi İnformasiya Mərkəzi

Nigar Almanqızı- “Presspost” qəzeti

Dünyaxanım Əiyeva- “Dünya” Ana və Uşaq Birliyi

Adilə Cahgirqızı- Azəri Türk Qadınlar Birliyi

Sənubər Əliyeva- Azəri Türk Qadınlar Birliyi

Məstivar Axundov- “Azərbaycan” Kəndlər Birliyi

Tofiq Türkel- “Turan” İnformasiya Agentliyi

Ruhəngiz Hüseynli- Qadınların Həmrəlik Təşkilatı

Şahin Nəcəfov- Avropa-Asiya İnsan Haqqları İnstitutu

Tural Aslan - Millətçi Gənclər Təşkilatı

Elməddin Behbud - Azərbaycan Gənclər Parlamentinin üzvü, Demokratik Azərbaycan Naminə İB

Namiq Zeynəddin- Azərbaycan Dinşünaslar Birliyi



Tarix: 30 yanvar 2008-ci il

Bu haber 24068 kez görüntülendi.

İLGİNİZİ ÇEKEBİLİR

Beklenen yağış başladı! Meteoroloji illeri tek tek sıraladı!
Gündem

Beklenen yağış başladı! Meteoroloji illeri tek tek sıraladı!

Meteoroloji Uzmanı Prof. Dr. Orhan Şen, İstanbul’da akşam saatlerinde başlayan yağışın gece boyunca süreceğini belirterek su baskınlarına karşı uyardı. Meteoroloji Genel Müdürlüğü de İstanbul, Bursa, Kocaeli, Yalova ve Sakarya için kuvvetli yağış uyarısı yaptı.

Habervitrini9386 Görüntüleme
MASAK'ın FETÖ'cü casusları için hesap vakti
Gündem

MASAK'ın FETÖ'cü casusları için hesap vakti

İstanbul merkezli ve Ankara'yı da kapsayan eşzamanlı operasyonda, MASAK'taki yetkili personel ve taşeron şirket yöneticilerine yönelik düğmeye basıldı. Haklarında adli işlem yürütülen 22 şüpheliden 5'i gözaltına alındı. Yurtdışında firari durumda bulunan 16 şüpheli hakkında yakalama kararı çıkarılırken 1 şüpheliyi arama çalışmaları ise sürüyor.

Habervitrini12499 Görüntüleme
Numan Kurtulmuş'tan fon krizi açıklaması: Burunlarından fitil fitil getirilmeli
Gündem

Numan Kurtulmuş'tan fon krizi açıklaması: Burunlarından fitil fitil getirilmeli

TBMM Başkanı Numan Kurtulmuş, borsa ve fon soruşturmalarına ilişkin yaptığı açıklamada, küçük yatırımcıların birikimleri üzerinden haksız kazanç sağlayanlardan kararlılıkla hesap sorulacağını söyledi. Kurtulmuş, "Kim spekülasyon yaptı, kim haksız kazanç sağladıysa burunlarından fitil fitil getirilmelidir, hepsinden hesap sorulmalıdır." dedi. İddialarda adı geçen milletvekillerinin dokunulmazlık süreçlerine de değinen Kurtulmuş, Meclis'e henüz bir fezleke ulaşmadığını, fezleke gelmesi halinde ise yasal prosedürün eksiksiz işletileceğini belirtti.

Habervitrini11033 Görüntüleme
Erdoğan'dan fon krizi mesajı: Milletin malına el uzatan karşısında bizi bulur
Gündem

Erdoğan'dan fon krizi mesajı: Milletin malına el uzatan karşısında bizi bulur

Cumhurbaşkanı Erdoğan, sermaye piyasalarındaki gelişmelere ilişkin dikkat çeken mesajlar verdi. Erdoğan, “İster piyasa manipülasyonuyla, ister borsa oyunlarıyla, ister yolsuzluk yaparak olsun, her kim milletin hakkına el uzatırsa karşısında bizi bulur” dedi. Sermaye piyasalarının yakından takip edildiğini belirten Erdoğan, ekiplerin yoğun mesai yaptığını söyledi.

Habervitrini13846 Görüntüleme